Poçettino ABŞ millisi ilə müqaviləni uzatdı

Poçettino ABŞ millisi ilə müqaviləni uzatdı
DÜNYA FUTBOLU 3 Avqust 2026 / 18:00 880
-  A +

ABŞ Futbol Federasiyası milli komandanın baş məşqçisi Maurisio Poçettino ilə müqaviləni uzadıb.

QOL.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Argentinalı mütəxəssisin yeni müqaviləsi 2030-cu ilin sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, Maurisio Poçettino 2024-cü ilin sentyabrından ABŞ millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib.


Qarabağ FK
Son xəbərlər
topaz banner