"Belə bir matçdan sonra uzun-uzadı danışmaq bizim üçün çox çətindir. Məyusedici məğlubiyyət oldu. Mərhələni keçə bilmədik. Hər şey göz qabağındadır".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Payde" (Estoniya) ilə cavab oyunundan sonra təşkil edilən mətbuat konfransında deyib.
İlk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan "Zirə" cavab matçında qeydə alınan 1:1 hesablı heç-heçədən sonra mübarizəni dayandırıb.
R.Sadıqov oyunu belə şərh edib: "Erkən qol vurduq, çoxsaylı qol epizodları...Bu qədər epizodları istifadə edə bilməmək...İstifadə edə bilməmək deyəndə ki, dirəkdən, rəqib müdafiəçidən, qapıçıdan qayıdır. 3-4 oyuna sığacaq qədər qol epizodu yaratdıq. Təəssüflər olsun ki, top qapıdan keçmək istəmirdi. Belə olan halda da çox vaxt məğlub olursan. Bu gün də elə oldu.
Gedişat onu göstərirdi ki, qol vura bilməyəcəyik, rəqib mərhələni keçən tərəf olacaq. Rəqibi təbrik edirəm, növbəti oyunlarda onlara uğurlar arzulayırıq. Hər iki oyuna görə mərhələni keçməyə layiq tərəf biz idik. Amma təəssüflər olsun ki, iki oyundakı çoxsaylı qol epizodlarını, böyük üstünlüyü nəticəyə çevirə bilmədik".
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi