İtaliya klubunun futbolçusu yoxa çıxıb

İtaliya klubunun futbolçusu yoxa çıxıb
DÜNYA FUTBOLU 30 İyul 2026 / 11:16 870
-  A +

İtaliyanın "Leççe" klubunun hücumçusu Lamek Banda komanda ilə əlaqəni kəsib.

QOL.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Mənbənin iddiasına görə, Zambiya millisinin 24 yaşlı oyunçu Avstriyada keçirilən mövsümöncəsi təlim-məşq toplanışına qatılmayıb. Futbolçu bunu sənədlərlə bağlı problem yaşaması ilə əsaslandırsa da, sonradan klubun zəng və mesajlarına cavab verməyi dayandırıb.

Bildirilir ki, 2025/2026 mövsümü ərzində Səudiyyə Ərəbistanının "Əl-Fateh" klubu Bandanı transfer etmək istəsə də, keçid baş tutmayıb.


Son xəbərlər
topaz banner