Avstraliya millisinin və "Sassuolo"nun yarımmüdafiəçisi Kristian Volpato Sidneydə qalmaqalla gündəmə gəlib.
QOL.az "BBC Sport"a istinadən xəbər verir ki, Yeni Cənubi Uels polisi 22 yaşlı futbolçunun bir gecədə iki dəfə sürət həddini aşdığına görə saxlanıldığını açıqlayıb. İkinci yoxlama zamanı aparılan narkotik testi kokainə görə ilkin müsbət nəticə verib.
Volpatonun sürücülük vəsiqəsinin ştat ərazisində qüvvəsi müvəqqəti dayandırılıb, əlavə laborator analiz üçün nümunə götürülüb. Araşdırma davam edir.
Avstraliya Futbol Federasiyası futbolçu ilə əlaqə saxladıqlarını və prosesi izlədiklərini bildirib. Oyunçular ittifaqı da Volpatoya dəstək verəcəyini açıqlayıb. "BBC Sport" isə məsələ ilə bağlı "Sassuolo"dan rəsmi açıqlama istəyib.
Qeyd edək ki, 2023-cü ildən "Sassuolo"nun formasını geyinən Kristian Volpato ötən mövsüm çempionatda 24 oyuna çıxıb. Daha əvvəl İtaliyanın aşağı yaş qrupları üzrə millilərində çıxış edən yarımmüdafiəçi may ayında Avstraliya millisini seçib. O, DÇ-2026-da 3 matçda oynayıb və komandasının 1/16 finala yüksəlməsinə kömək edib.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”
"Millidə də qol vurmaqda özümə güvənirəm" - Vüsal İsgəndərli