De Yonq uzun müddət oynamayacaq

De Yonq uzun müddət oynamayacaq
DÜNYA FUTBOLU 24 İyul 2026 / 09:39 962
-  A +

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq ciddi zədə alıb.

QOL.az xəbər verir ki, niderlandlı futbolçunun sağ diz bağları qopub. Bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

İspaniya mətbuatı yazır ki, 29 yaşlı futbolçunun 4 aya yaxın yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, De Yonq Niderland millisinin heyətində DÇ-2026-da keçirilən 4 matçın hamısında iştirak edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner