“Sabah” "KuPS"a qalib gəldi

“Sabah” "KuPS"a qalib gəldi
ÇEMPİONLAR LİQASI 21 İyul 2026 / 21:57 9478
-  A +

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start verilib.

QOL.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən “Sabah” öz meydanında Finlandiya çempionu "KuPS"u qəbul edib və 1:0 hesablı qələbə qazanıb.

Tərəflər arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. 

Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya" (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək.

21 iyul

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, ilk oyun 

20:00. “Sabah” (Azərbaycan) - "KuPS" (Finlandiya) - 1:0 

Qol: Velko Simiç, 45+1

Baş hakim: Lukaş Kujma (Polşa)
Masazır stadionu

Daha çox


Son xəbərlər
20.07.26  20:29

Kevin Kiqan vəfat etdi

topaz banner