"Qarabağ"ın rəqibi mövsümün ilk matçına çıxdı

"Qarabağ"ın rəqibi mövsümün ilk matçına çıxdı
ÖLKƏ FUTBOLU 20 İyul 2026 / 22:17 3246
-  A +

"Qarabağ"ın UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində rəqibi SSKA (Sofiya) Bolqarıstan çempionatının 2026/2027 mövsümündə ilk oyununa qələbəsiz başlayıb.

QOL.az xəbər verir ki, Sofiya təmsilçisi səfərdə "Slaviya" (Sofiya) ilə üz-üzə gəlib və matç qolsuz bərabərliklə yekunlaşıb.

Xatırladaq ki, "Qarabağ"la SSKA arasında ilk oyun iyulun 23-də, cavab matçı iyulun 30-da keçiriləcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner