AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə həyata keçiriləcək “Sabahın Ulduzları” layihəsi çərçivəsində yeni sponsorlarla əməkdaşlığa dair imza mərasimi, eyni zamanda məlumatlandırma sessiyası keçirilib.
QOL.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, BFF-nin prezidenti Tahir Süleymanov, AFFA-nın Texniki direktoru Edmond Klaus, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov, “Alpex” şirkətinin prezidenti Sərdar Salmanzadə, sponsorların nümayəndələri və media mənsubları iştirak ediblər.
2006-cı ildə start götürən və uşaqlar arasında keçirilən “Sabahın Ulduzları” barədə ətraflı məlumat verilib, turnirdə üzə çıxan və sonradan milli komandamızda çıxış edən futbolçuların adları vurğulanıb. Bunu əks etdirən qısa video-çarx təqdim olunduqdan sonra BFF-nin prezidenti Tahir Süleymanov çıxış edərək qonaqları salamlayıb. O, Azərbaycan futboluna fayda verəcək yüksək səviyyəli futbolçuları üzə çıxarmaq üçün əllərindən gələni edəcəklərini söyləyib:
“Turniri ərsəyə gətirməkdə məqsədimiz böyük işlər görməkdir. Bu istiqamətdə bizə yaradılan şəraitə görə AFFA rəhbərliyinə və yeni tərəfdaşlarımıza təşəkkürümü bildirirəm”.
Ardından AFFA-nın baş katibi Cahangir Fərəcullayev “Sabahın Ulduzları” turnirinin yenidən keçirilməsinin sevindirici hal olduğunu deyib:
“Bu, AFFA-nın İnkişaf Strategiyasının təməlinin önəmli bir parçasıdır. Uşaq futbolu hazırda bizim üçün prioritetdir. “Sabahın Ulduzları” turniri də bu baxımdan önəmli addımlardan biridir. Turnirin potensialı böyükdür. “Sabahın Ulduzları”nın gələcəkdə beynəlxalq komandaların qatılacağı yarışa çevriləcəyinə ümid edirik”.
A millinin baş məşqçisi Ayxan Abbasov əvvəllər “Sabahın Ulduzları”nda oyunları canlı izlədiyini və bu turnirin iştirakçılarından olduğunu söyləyib:
“Bu turnirdən təkcə futbolçular yox, hakimlər də üzə çıxırdı. Belə layihələrin gələcəkdə Azərbaycan millisinə böyük fayda verəcəyinə inanıram. Bu cür turnirlər daha çox futbolçunun yetişməsinə gətirib çıxarar”.
AFFA-nın Texniki direktoru Edmond Klaus uğur qazanmaq üçün uşaq futboluna diqqəti artırmağın vacibliyini vurğulayıb:
“AFFA-nın bu istiqamətdə bir neçə önəmli layihəsi var. İstedadların təyin edilməsi və yarışların keçirilməsi çox önəmlidir. Bu turnir yeniyetmələrin inkişaf yolunda ilk addımı atmalarına töhfə verə bilər”.
“Alpex” şirkətinin prezidenti Sərdar Salmanzadə isə çıxışında böyük işin başlanğıcında olduqlarını bildirib:
“Bu işə böyük qüvvə cəlb etmişik. Bizimlə birlikdə olduğu üçün “Sea Breeze” ailəsinə təşəkkür edirik. Düşünürəm ki, bu layihə ilə Azərbaycan futboluna böyük ulduzlar bəxş edəcəyik”.
Sonda Bakı Futbol Federasiyası və “Alpex” şirkəti arasında baş sponsorluq müqaviləsi imzalanıb və “Sabahın Ulduzları” turnirinin maskotu təqdim olunub.






“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri