Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” dünən əvəzedici heyətlə keçirdiyi yoxlama oyunu ilə birinci mərhələyə yekun vurub. Komandanın baş məşqçi Cavid Hüseynov başa çatan mərhələ və yoxlama oyunu ilə bağlı klubun mətbuat xidmətinin suallarını cavablandırıb.
QOL.az həmin müsahibəni təqdim edir:
- Hazırlığın birinci mərhələsi başa çatdı. Nəzərdə tutulanları reallaşdıra bildinizmi?
- Əvvəlcədən də bildirmişdik ki, hazırlıq prosesi 3 mərhələdən ibarət olacaq. Bu mərhələdə daha çox fiziki hazırlığa yer ayırdıq. Təbii ki, bir yoxlama oyunu keçirməyi də planlaşdırmışdıq. Əvəzedici komanda ilə oyun planın tərkib hissəsi idi. İstədik ki, futbolçular məşq prosesində çalışdığımız bəzi taktiki tapşırıqları oyunda bizə qaytarsınlar. Onların verilən tapşırıqları necə qəbul etdiklərini praktiki yoxladıq. Əlbəttə, belə oyunlarda hesab önəmli olmur. Ümumi götürsək, hər şey planlaşdırdığımız kimi keçdi.
- Oyun zamanı futbolçular gözlədiklərinizi geri qaytara bildilərmi?
- Təbii ki, hazırlıq yeni başlayıb və indiki məqamda onların hazırlıq səviyyəsindən tam razı qala bilmərik. İndiki məqamda dediklərimizi bizə olduğu kimi qaytaracaqlarını gözləmirdik. Həftəlik hazırlıq dövründə məşqlərdə üzərində çalışdığımız taktiki tapşırıqlar var idi ki, onları praktikada yoxlamağa çalışdıq. Oyunu analiz edib, səhvləri göstərəcəyik ki, növbəti görüşlərdə bunu təkrarlamasınlar.
- Heyət komplektləşib, yoxsa yeni transferlər olacaq?
- Transfer çalışmalarını 90 faiz icra etmişik. Bəzi mövqelər var ki, oranı gücləndirmək istərdik. Yaxın günlərdə heyət tam komplektləşəcək.
- Növbəti yoxlama oyunundakı rəqib “İmişli” olacaq. “Araz-Naxçıvan”ın Premyer Liqaya da bu komanda ilə start verməsi yoxlama oyunu üçün narahatlıq yaratmır?
- Elə də sıxıntılı məqam yoxdur. Püşkdən sonra rəqiblə yenidən danışdıq və onlar da oyunun keçirilməsində hansısa problem görmədiklərini dedilər. Bu görüşdə də çalışacağıq futbolçuları iki 45 dəqiqədə yoxlayaq. Taktiki planda müəyyən tapşırıqlar olacaq. Yenə deyirəm, belə oyunlarda nəticə yox, meydanda görəcəyimiz iş vacibdir.
- Komandanın hədəfi nədir?
- Yaxşı komanda formalaşdırmaq və mümkün qədər yuxarı pillələr uğrunda mübarizə aparmaqdır.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri