"Neftçi"nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin Minsk "Dinamo"su ilə keçiriləcək ilk oyunu öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, ukraynalı mütəxəssis rəqibin Belarusu təmsil etməsinin onun üçün xüsusi motivasiya yaratmadığını deyib:
"Elə bir fərq yoxdur. Bu sualla yanaşı, kapitana verdiyiniz suala şərh vermək istəyirəm. Arzum var ki, "Neftçi" 90 illiyində ölkə çempionu olsun, klub buna layiqdir. "Neftçi" böyük tarixi olan klubdur. Biz bunu xüsusi olaraq arzulayırıq. Digər arzumuz Konfrans Liqasında əsas mərhələyə düşməkdir. Özüm heç vaxt bu mərhələdə olmamışam. Yaxşı təcrübə olardı. Zaman göstərəcək hər şeyi. Biz bunun üçün kifayət qədər hazırlaşmışıq. "Dinamo" öz ölkəsinin çempionudur. Orada bu dəqiqə çempionatın qızğın vaxtıdır. Bu, onlara tempdə olmaq baxımından üstünlük verir. Rəqibi keçməyə çalışacağıq ki, digər rəqiblər barədə düşünək."
Yuri Vernidub heyətin böyük ölçüdə formalaşdığını, bununla belə transfer çalışmalarının davam etdiyini bildirib:"Komandanın özəyi var. Oyunlara davam edə bilərik. Amma transfer işlərimiz davam edir. Sadəcə hər şey o qədər də asan olmur. Əlbəttə ki, 100 faiz əlavələrimiz olacaq. Hazırda 3 qapıçı, 20 oyunçumuz var, oyunlarımızı onlarla davam edəcəyik. Mən də, klub rəhbərliyi başa düşür ki, güclənməyə ehtiyacımız var. Bunun üçün transferlərə ehtiyac var. Vaxt qalıb bir az. Bu yöndə işlər gedir. Bilirik ki, yeni oyunçuların gəlməsi qarşıya qoyulan hədəflərə çatmağa kömək olacaq."
Baş məşqçi potensial transferlər barədə də danışıb: "Bu suala cavab vermək çətindir. Çünki rəhbərliyə aid olan məsələdir. Komandanın özəyi var. Bizdə elə mövqelər var ki, oranı gücləndirməliyik. Bizim rəhbərliklə, prezidentlə, daha yüksək rəhbərliklə daimi əlaqələrimiz var. Bunlarla birlikdə çalışırıq. Transfer məsələsi o qədər də asan deyil. Elə oyunçular gəlməlidri ki, komandamızı gücləndirsin. Yalnız bu cür oyunçuların gəlişinə razılıq veririk".
Ukraynalı mütəxəssis Minsk "Dinamo"su ilə oyunda favorit barədə danışmağın çətin olduğunu qeyd edib: "Çox çətin sualdır. Birbaşa cavab verə bilmərəm. Hər komanda yaxşı olduğunu düşünür. Oyun bitsin, nəticələrə əsasən deyə bilərik ki, hansı komanda daha yaxşıdır".
Vernidub sabahkı görüşdən gözləntilərini bölüşüb: "Hansı komandanın özünü ən yaxşı tərəfdən göstərməsindən asılı olacaq...Çox istəyərdim ki, bu, mənim komandam olsun. "Dinamo"nun baş məşqçisi isə onun komandasının olmasını istəyir. Maksimumu edəcəyik ki, sizləri sevindirək."
Mütəxəssis rəqibin əvvəlki mərhələdə "Sileks"lə oyunlarını da dəyərləndirib: "Çətin oyun idi. "Sileks" tam bağlanmışdı, "Dinamo" zərbə endirə bilmədi. İkinci oyunda isə "Dinamo"nun daha çox bəxti gətirdi. Hardasa hər iki görüş çətin alındı."
O, komandanın oyun planı barədə isə danışmaq istəməyib: "Sabahı gözləyək (gülür). Hər şeyi görəcəksiz."
Vernidub hansı mövqelərə transfer ediləcəyini də açıqlamayıb: "Bu məsələ məndə qalsın. Gətirəndə, görəcəksiz. Sabahkı oyunöncəsi kartlarımı niyə açım? (gülür). Biz öz rəqibimizə hörmət edirik, amma onlardan qorxmuruq. Yeni oyunçuları gətirmək istəyirik. Əlimizdən gələni edirik."
"Neftçi"nin baş məşqçisi azarkeşlərin ona göstərdiyi etimadın əlavə təzyiq yaratmadığını da vurğulayıb: "Təzyiq hiss etmirəm. Çünki kifayət qədər təcrübəm var. Səmimi desəm, ailə daxilində bunu hiss edərəm. Amma oyunda, işdə bunu heç vaxt göstərmərəm. Bu, çox normaldır. Azarkeşər niyə tələb edir? Hər zaman səndən yaxşı nəticə gözləyirlərsə, təzyiq olacaq üzərində. Bu təzyiqi həmişə görmüşəm, olub, olacaq. Biz nə etməliyik? Buna hazır olmalıyıq. Mən də hazır olmalıyam, futbolçular da. Onlar olandan sonra təzyiqin ciddi təsiri olmayacaq. Hər şey yaxşı olanda, hamı səni sevir. Yaxşı olmayanda hamı sənə nifrət edir. Məhəbbətdən nifrətə bir addım yol var. Düşünürəm ki, təkcə mənim həyatımda belə deyil. Sadəcə hazır olmaq və irəli getmək lazımdır".
"Qarabağ"ın rəqibi mövsümün ilk matçına çıxdı
DÇ-2026 FİFA-ya rekord gəlir qazandırdı
İspanlara qol vuran milli baş məşqçisiz qaldı
Finaldan sonra mətbuat konfransında ağladı - Video
"Araz-Naxçıvan"dan böyükhesablı qələbə
“Qarabağ” - “Vestri” matçı bu göstəricidə birinci oldu
Kevin Kiqan vəfat etdi
“Sabahın Ulduzları” üçün imzalar atıldı - Şəkillər
“Azərbaycanda uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq”
“Şamaxı” ilk yoxlama matçına çıxdı
"Sabah" bu cütün favoritidir" - KuPS-un baş məşqçisi
"Liqa mərhələsi barədə danışmaq hələ tezdir" - Dambrauskas
"KuPS-u məğlub edəcək gücdəyik" - "Sabah"ın futbolçusu
“Karvan-Yevlax” qapıçı transfer etdi
İnfantino çempionlara üzük hədiyyə etdi - Video
“Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi