"Neftçi"nin kapitanı Emin Mahmudov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minsk "Dinamo"su ilə keçiriləcək ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin komandası "Turan Tovuz"un avrokuboklara buraxılmaması səbəbindən Konfrans Liqasında iştirak hüququ əldə edib və mübarizəyə 1 yox, 2-ci təsnifat mərhələsindən başlayır. O, qarşılaşmaya yaxşı hazırlaşdıqlarını bildirib:
"Bunu gözləmirdik. Bizim üçün hazırlaşmağa daha çox vaxt oldu. Sabahkı oyuna üçün maneəmiz olmayacaq. Yaxşı hazırlaşmışıq".
Emin Mahmudov klubun 90 illiyinin komanda üçün əlavə motivasiya olduğunu vurğulayıb:
"90 illiyimizə görə böyük motivasiyamız var. Çox vacib mövsümdür. İndi "Braqa"nı və ya başqa komandanı düşünmürük. "Dinamo"ya hörmətlə yanaşırıq. Cavan komandadır. Yaxşı oynayırlar. Yalnız onları düşünürük. "Dinamo"nu keçək, sonra oyundan-oyuna düşünərik ki, əsas mərhələyə düşmək nə dərəcədə realdır".
Kapitan açıq məşqə gələn azarkeşlərə də təşəkkür edib: "Möhtəşəm atmosfer var idi, bizə böyük motivasiya verdilər. Daim bizimlədirlər. Əlimizdən gələni etməliyik ki, daha çox sevinsinlər. Oyundan qabaq da bizə motivasiya verdilər. Onlara təşəkkür edirəm. Allah qoysa, onları sevindirməliyik".
Mahmudov komandanın heyətində böyük dəyişiklik olmadığını və sabitliyin qorunduğunu da qeyd edib: "Əvvəlki illərə baxanda, indi çox oyunçu dəyişməyib. Bir neçə oyunçu gedib, bir neçəsi gəlib. Baş məşqçi də eynidir. 70 faiz heyət eynidir. Bu il daha stabillik görürəm. Bəzi oyunçular da gələcək. Məncə, daha yaxşı olmalıyıq".
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video