“Rəqibi təbrik edirəm, yaxşı oyun keçirdilır. Müdafiə olunmağa məcbur idik. Bilirdik ki, bizi çətin qarşılaşma gözləyir".
QOL.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Sabah"la Bakıda keçirilən ilk görüşündən sonra təşkil edilən mətbuat konfransında "KuPS"un baş məşqçisi Miika Nuutinen deyib.
O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Rəqib çox hücum etdi. Amma hələ də şanslarımız qalır. Bir həftə sonra ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparacağıq. "Sabah" çoxlu qol epizodu yaratdı. Bəli, razıyam ki, bəxtimiz gətirdi. Amma bizim üçün əsas məsələ növbəti mərhələyə yüksəlmək şansını qorumağımızdır".
Miika Nuutinen komandasının vaxt uzatması ilə bağlı fikirlə razılaşmayıb: “Bununla razı deyiləm. Əlbəttə, 0:1 nəticəsi bizim üçün pis deyil, amma vaxt uzatmamışıq. İlk oyunu analiz etməliyik. Heyətimizdə yaxşı nəticə uğrunda mübarizə apara biləcək keyfiyyətli futbolçular var".
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri