"Başa düşürük ki, güclü rəqibə qarşı oynayacağıq. "Neftçi" həqiqətən yaxşı, güclü komandadır. Oyunun əhəmiyyətini də yaxşı dərk edirik. Matça ciddi yanaşırıq, görüşə də yaxşı hazırlaşmışıq. Cütün taleyi 2 oyunda həll olunacaq. Məqsədimiz növbəti mərhələyə adlamaqdır. Bu cür oyunları çox keçirmirik. "Neftçi"nin səviyyəsi yüksəkdir".
QOL.az xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində sabah "Neftçi" ilə qarşılaşacaq Minsk "Dinamo"sunun baş məşqçisi Aleksandr Şaqoyko oyun öncəsi mətbuat konfransında deyib.
Belaruslu mütəxəssis "Neftçi"ni rəqib kimi belə dəyərləndirib: "Neftçi" dediyim kimi, yaxşı komandadır. Güclü heyətə malikdir. Üstəlik, baş məşqçiləri də təcrübəlidir. Kombinasiyalı futbol sərgiləyirlər. Bir sözlə, "Neftçi" haqda təəssüratlarım yüksəkdir".
"Faiz nisbəti ilə götürsək, şansları necə dəyərləndirirsiz?" sualını "Dinamo"nun baş məşqçisi belə cavablandırıb: "Oyuna qədər şanslar hər zaman bərabərdir. Bu dəfə də belə olacaq. Təbii ki, bizim məqsədimiz var və onun üçün çalışacağıq".
45 yaşlı mütəxəssis "Dinamo"nun avrokubok oyunlarını öz meydanında keçirməməsinə də toxunub: "Təbii ki, evdə oynamağı çox istərdik. Hər halda, öz azarkeşlərimizin qarşısında oynamaq başqadır. Amma təəssüf ki, hazırda bu alınmır. Daha çox səyahət etməyə məcburuq. Bu da hardasa müəyyən çətinliklər yaradır. Əlbəttə ki, istəyərdik azarkeşlərimiz önündə oynayaq, bu bizə 100 bizə kömək edərdi".
Qeyd edək ki, iyulun 22-də "Palms Sports Arena"da oynanılacaq "Neftçi" - "Dinamo" matçı saat 20:00-da start götürəcək.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri