“Araz-Naxçıvan”dan ayrıldı, vətəninə qayıtdı

“Araz-Naxçıvan”dan ayrıldı, vətəninə qayıtdı
DÜNYA FUTBOLU 21 İyul 2026 / 01:24 2297
-  A +

Bir müddət əvvəl “Araz-Naxçıvan”dan ayrılan Bar Kohenin yeni klubu müəyyənləşib.

QOL.az xəbər verir ki, israilli yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək. 25 yaşlı futbolçu “İroni Tiberias”la anlaşıb.

Qeyd edək ki, Kohen ötən yay “Araz-Naxçıvan”la 1 illik müqavilə imzalamışdı. O, ölkəmizdə legioner həyatı yaşamamışdan qabaq İsraildə “Makkabi Təl-Əviv”, “Beytar Təl-Əviv”, “Hapoel Hayfa” və “Makkabi Netanya”nın formasını geyib. 


Qarabağ FK
Son xəbərlər
topaz banner