“Liverpul”un və İngiltərə millisinin sabiq hücumçusu, ölkə millisinin də baş məşqçisi olmuş Kevin Kiqan 75 yaşında vəfat edib.
QOL.az xəbər verir ki, bu barədə futbolçunun ailəsi məlumat yayıb.
“Böyük kədərlə bildiririk ki, Kevin Kiqan 75 yaşında dünyasını dəyişib. Kevin xərçənglə mübarizə aparırdı və həyatının son anlarında həyat yoldaşı və qızları onun yanında idi. İkiqat “Qızıl top” sahibi Kevin sevimli həyat yoldaşı, ata və baba idi. Ailəmiz Kevinə göstərilən dəstəyə görə tibb işçilərinə təşəkkür edir. Bu, bizim üçün çox ağır dövrdür və şəxsi məkanımıza hörmətlə yanaşılmasını xahiş edirik”, – deyə ailənin açıqlamasında bildirilir.
Kiqan futbolçu karyerası ərzində “Liverpul”un heyətində üç dəfə İngiltərə çempionu olub, ölkə kubokunu və iki dəfə İngiltərə Superkubokunu qazanıb.
Bundan başqa, mersisaydlılarla bir dəfə Avropa Çempionlar Kubokunun, iki dəfə isə UEFA Kubokunun qalibi olub. O, Almaniyanın “Hamburq” klubunda çıxış etdiyi dövrdə də ölkə çempionluğu və Almaniya Kubokunu qazanıb.
Qeyd edək ki, Kevin Kiqan 1978 və 1979-cu illərdə “Qızıl top” mükafatına layiq görülüb.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı