İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel 2026-cı il dünya çempionatının 1/4 finalında Norveç üzərində 2:1 hesablı qələbədən sonra komandasının çıxışını tənqid edib.
QOL.az BBC-yə istinadən xəbər verir ki, alman mütəxəssis nəticədən razı qalsa da, oyunun keyfiyyətinin onu qane etmədiyini bildirib.
“Bu gün özümüz özümüzə böyük problemlər yaratdıq. Nəticə əladır. Yarımfinala yüksəldik və bu, möhtəşəm nailiyyətdir. Ancaq oyunumuzdan demək olar ki, hər baxımdan narazıyam.
İstək və fədakarlıq yüksək səviyyədə idi. Lakin meydanda çoxlu texniki səhvlər etdik, topu tez-tez itirdik, oyunun tempi aşağı idi və sabitlik çatışmırdı. Bu gün bəxt də bizim tərəfdə oldu.
Bunun futbolçuların mentaliteti ilə bağlı olduğunu düşünmürəm. Əksinə, məhz xarakterimiz sayəsində qalib gəldik. Xarakterimiz o qədər güclüdür ki, onu butulkalara doldurub sata bilərik. Amma futbolumuzun keyfiyyəti mütləq daha yüksək olmalıdır.
Ris Ceyms əla oynadı. Morqan Rocers bu gün möhtəşəm təsir bağışladı. Ebereçi Eze və Ced Spens də oyuna yaxşı qoşuldular və tərifə layiq idilər. Amma ümumilikdə bu gün bəxtimiz gətirdi".
Tuhel oyunda dubl edən Cud Bellinqem haqda isə bildirib: "Bellinqem barədə artıq deyiləcək söz qalmayıb. O, demək olar ki, hər oyunda bunu edir. O, dünya səviyyəli futbolçudur".
O, qarşıdan gələn yarımfinal matçı ilə bağlı da danışıb: "Yarımfinala qədər daha da güclənəcəyik. İndi isə bu uğuru qeyd etməyin və anın həzzini çıxarmağın vaxtıdır. Qarşıda üç günlük hazırlıq var və bütün gücümüzə ehtiyac olacaq”.
Qeyd edək ki, İngiltərə iyulun 15-də finala gedən yolda Argentina ilə qarşılaşacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək