"Həyat ədalətsizdir. Dünya ədalətsizdir. Yaxşı, bəs niyə idmanda ədalət yoxdur? Bu nəticədən və bu matçda hadisələrin necə inkişaf etməsindən razı deyiləm".
QOL.az xəbər verir ki, bu sözləri Misir millisinin baş məşqçisi Husam Hasan DÇ-2026-nın 1/8 finalında Argentinaya məğlubiyyətdən sonra mətbuat konfransında deyib.
O, görüşün baş hakimi Fransua Leteksenin idarəçiliyini kəskin tənqid edib: "Hakim ədalətsizdir, O, bütün bir millətin səyini boşa çıxardı. Kubok Argentinaya yönəldilib. Biz nə hörmət, nə də ədalətli oyun gördük. Penalti ləğv edildi və bizim üçün penalti kimi qiymətləndirilməli olan ikinci epizod VAR tərəfindən belə yoxlanılmadı. İkinci qolumuz nədənsə ləğv edildi. Görünür, bu nəticəyə səbəb olan hakimə qarşı Argentina tərəfində təzyiq olub. Dünya çempionatı marketinq sektoruna çevrilib. Messinin turnirlə vidalaşmasını istəmədilər. Bu gün meydanda ədalət yox idi".
H.Hasan qeyd edib ki, bu gündən etibarən dünya çempionatının heç bir oyununu izləməyəcək: "Bu, bu gün yaşadığımız ədalətsizliyə qarşı bir etirazdır. Oyunçularımı ürəkdən təbrik edirəm. Onlar milli qəhrəmanlardır"
Xatırladaq ki, oyunda Misir millisi 2:0 öndə olsa da, Argentina sonradan 3 qol vuraraq qələbə qazanıb - 3:2.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək