Belçika Kral Futbol Assosiasiyası (RBFA) ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasının ləğvi ilə bağlı FİFA-nın qərarından rəsmi şəkildə apellyasiya şikayəti verəcəyini açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, RBFA-nın bəyanatında FİFA-nın qərarının yarışın əsasnaməsinə birbaşa zidd olduğu vurğulanıb. Assosiasiya rəhbərliyi bu qərardan şoka düşdüyünü bildirib və məsələnin həlli üçün bütün mümkün hüquqi addımların nəzərdən keçirildiyini qeyd edib.
Həmçinin Belçika Futbol Assosiasiyası FİFA-dan diskvalifikasiyanın ləğvi ilə bağlı qərarın tam əsaslandırılmasını, eləcə də Hakimlər Komitəsinin həmin epizod üzrə hesabatını tələb edib.
Xatırladaq ki, Baloqun 2026-cı il dünya çempionatının 1/16 finalında Bosniya və Herseqovina ilə oyunda birbaşa qırmızı vərəqə almışdı. Lakin FİFA sonradan futbolçunun avtomatik diskvalifikasiyasını ləğv edərək onu bir il müddətinə şərti cəzaya məruz qoyub. Bu qərarın ABŞ Preziednti Donald Trampın FİFA rəhbəri Canni İnfantinoya zəngindən sonra baş verdiyi iddia olunur.
Bu qərar sayəsində ABŞ millisinin bombardiri Belçikaya qarşı keçiriləcək 1/8 final görüşündə meydana çıxa biləcək.
Qarşılaşma iyulun 7-də keçiriləcək və Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək