Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın 1/8 finalında Norveçə 1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşmalarından sonra həm məğlubiyyəti şərh edib, həm də gələcəyi ilə bağlı danışıb.
QOL.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə komandasının oyuna nəzarət etdiyini düşündüyünü bildirib:
"Əvvəlcə mənə elə gəlirdi ki, oyuna nəzarət edirik və qol imkanları yaradırıq. Norveç tamamilə müdafiəyə çəkildiyi üçün güclü təzyiq göstərmək çətin idi. Həddindən artıq risk etmək istəmirdik. Braziliya futboluna yeni gənc istedadlar, yüksək səviyyəli oyunçular lazımdır. Düşünürəm ki, pis çıxış etmədik. Amma bu futboldur, idmandır. Bəzən məğlubiyyəti qəbul etməlisən" - deyə o, CNA-ya açıqlamasında bildirib.
Ançelotti istefa vermək fikrində olmadığını da vurğulayıb.
"Biz işləməyə davam etməli, daha da inkişaf etməli və yeni ideyalar axtarmalıyıq. Hesab edirəm ki, bu məğlubiyyət son deyil, yeni dövrün başlanğıcıdır".
Jurnalist Fabritsio Romano da Ançelottinin Braziliya millisinin baş məşqçisi postunu tərk etməyi planlaşdırmadığını yazıb.
Qeyd edək ki, Braziliya 1/16 finalda Yaponiyanı 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlmişdi. Norveç isə eyni hesabla Kot-d'İvuarı mübarizədən kənarlaşdırmışdı.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü