Norveç millisinin baş məşqçisi Stole Solbakken DÇ-2026-nın 1/8 finalında Braziliya ilə keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, mətbuat konfransında əvvəlcə rəqib komandanın baş məşqçisi Karlo Ançelotti haqqında danışıb.
“Karlo Ançelotti ilə qarşılaşmaq mənim üçün böyük şərəfdir. Beş Çempionlar Liqası qələbəsi və müxtəlif ölkələrdə qazandığı titullarla bəlkə də tarixin ən böyük məşqçisidir. Rəqiblərinə münasibəti və futboldakı davranışı hər kəs üçün nümunədir. Onun dünyanın ən böyük futbol ölkəsinin millisində çalışması da bu idman növü üçün əla hadisədir.”
Solbakken rəqibə hörmət etsə də, məqsədlərinin qələbə olduğunu vurğulayıb:
“Bu, bizim üçün böyük şərəfdir. Amma Ançelottini və Braziliyanı məğlub edib turnirdə qalmalıyıq. Yalnız yüz faiz gücümüzü ortaya qoysaq, Braziliyanı uda bilərik. Əks halda şansımız yoxdur. Braziliya hələ də favoritdir, amma düşünmürəm ki, əvvəlki illərdə olduğu qədər böyük favoritdir. Norveç qalib gəlsə, bu, sürpriz olacaq. Komandamız yaxşı nəticələr göstərir və oyun üslubumuz bizə kömək edir. Braziliyanın çox güclü futbolçuları var. Biz təkcə fərdi oyunçuları yox, bütövlükdə komandanı dayandırmalıyıq.”
Qeyd edək ki, Braziliya - Norveç oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü