Bülent Korkmazın yeni komandası bəlli oldu

Bülent Korkmazın yeni komandası bəlli oldu
DÜNYA FUTBOLU 26 İyun 2026 / 20:00 833
-  A +

Türkiyəli mütəxəssis Bülent Korkmazın yeni iş yeri məlum oldu.

QOL.az xəbər verir ki, 57 yaşlı mütəxəssis yeni mövsümdən Türkiyə 1-ci liqasında çıxış edəcək “Antalyaspor”u çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, Antalya təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.

Bülent Korkmaz  2018-2019 mövsümündə və 2021-ci ildə də "Antalyaspor"u çalışdırıb.

Onun son iş yeri 1-ci liqa təmsilçisi “Esenler Erokspor” olub.

Qeyd edək ki, Bülənt Korkmaz 2009-10 mövsümündə Azərbaycanda “Bakı”nın baş məşqçisi olub.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner