DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda keçiriləcək Fransa - Norveç oyunu əlverişsiz hava şəraiti səbəbindən təhlükə altına düşüb.
QOL.az xəbər verir ki, bu haqda "Le Parisien" məlumat yayıb. İyunun 26-da ABŞ-ın Foksboro şəhərində yerləşən "Gillette Stadium"da keçirilməsi planlaşdırılan görüş güclü tufan səbəbindən təxirə salına və ya dayandırıla bilər.
ABŞ Milli Meteorologiya Xidməti matçın keçiriləcəyi ərazi üçün "potensial təhlükəli tufan" barədə xəbərdarlıq edib. Hazırda qüvvədə olan təhlükəsizlik protokoluna əsasən, ildırım və ya güclü qasırğa təhlükəsi yaranarsa, oyun müvəqqəti dayandırıla bilər.
Qeyd edək ki, bundan əvvəl Fransa millisinin İraqla Filadelfiyada keçirdiyi görüş də əlverişsiz hava şəraiti səbəbindən bir neçə saat gec başlamışdı.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi