Messinin atasının ölüm xəbərini yaydı  - İşdən çıxarıldı

Messinin atasının ölüm xəbərini yaydı  - İşdən çıxarıldı
XƏBƏR 19 İyun 2026 / 14:03 992
-  A +

Argentinalı aparıcı Florensiya Penya ölkə millisinin kapitanı Lionel Messinin atası Xorxe Messinin ölümü ilə bağlı yalan məlumat yaydığı üçün işindən uzaqlaşdırılıb.

QOL.az xəbər verir ki, bu barədə “Infobae” nəşri məlumat yayıb.

Bildirilib ki, Penya fəaliyyət göstərdiyi Luzu TV platformasında Xorxe Messinin vəfat etdiyini iddia edib. Lakin bir müddət sonra həmin məlumatın həqiqəti əks etdirmədiyi məlum olub. Bundan sonra aparıcı səhv etdiyini etiraf edib və Lionel Messidən üzr istəyib.

Hadisədən sonra Luzu TV rəhbərliyi Florensiya Penyanın əməkdaşlığına son qoyub.

Qeyd edək ki, Lionel Messi hazırda Argentina millisinin heyətində DÇ-2026-da çıxış edir.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner