"Hall Siti" Premyer Liqaya yüksəlsə də, növbəti mövsümə mənfi xalla başlamaq təhlükəsi ilə üzləşib.
QOL.az xəbər verir ki, Çempionşipin pley-off finalında "Midlsbro"nu məğlub edərək elitaya vəsiqə qazanan klub mənfəət və davamlılıq qaydalarını pozduğuna görə 2026/2027 mövsümünə 6 xal silinməsi ilə başlaya bilər.
"BBC Sport"un məlumatına görə, klub təxminən 6 milyon funt sterlinqlik limiti keçib. Buna futbolçuların müqavilələrində nəzərdə tutulan və Premyer Liqaya yüksəlişdən sonra qüvvəyə minən bonus ödənişləri səbəb olub. Klubun sahibi Acun Ilıcalı da vəziyyətin ciddiliyini təsdiqləyib:
“Biz vəsaitləri həddindən artıq xərcləmişik və iyulun 1-dək bir neçə oyunçunu satmaq məcburiyyətindəyik. Biz daha çətin işlərin öhdəsindən gəlmişik. İndi Premyer Liqa komandasıyıq, oyunçuların dəyəri artıb ki, bu da bizim üçün üstünlükdür”.
"Yuventus"da itki
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"
"Borussiya"nın "Sabah" hazırlığından - Şəkillər
“Liverpul”un 2 futbolçusu sıradan çıxdı