"Qarabağ"dan növbəti transfer - Rəsmi

"Qarabağ"dan növbəti transfer - Rəsmi
ÖLKƏ FUTBOLU 16 İyun 2026 / 19:50 7755
-  A +

"Qarabağ" növbəti transferini gerçəkləşdirib. 

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Portuqaliyanın “Portimonense” klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato “Qarabağ”a keçib.

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, komandada 28 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2025-ci ildən “Portimonense”də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur “Sportinq” klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin “Famalikao”, B SAD və “Tondela” klublarında da çıxış edib.

Xatırladaq ki, Samuel Lobato yay transfer pəncərəsində komandaya qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zakaria Savonun keçidi rəsmiləşib.

"Qarabağ"dan növbəti transfer - Rəsmi

 
"Qarabağ"dan növbəti transfer - Rəsmi
 
"Qarabağ"dan növbəti transfer - Rəsmi
 
"Qarabağ"dan növbəti transfer - Rəsmi
 
"Qarabağ"dan növbəti transfer - Rəsmi
 
"Qarabağ"dan növbəti transfer - Rəsmi
 
"Qarabağ"dan növbəti transfer - Rəsmi
 
"Qarabağ"dan növbəti transfer - Rəsmi
 

Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Qarabağ FK
Son xəbərlər
24.08.26  10:30

39-cu qapıçı

24.08.26  09:59

Salahın dublu - Video

topaz banner