Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Şəfa" klubunun ev oyunlarını hansı stadionda keçirəcəyi dəqiqləşib.
Bu barədə QOL.az-a müsahibəsində klubun yeni vitse-prezidenti Əfran İsmayılov məlumat verib.
Onun sözlərinə görə, komanda rəqiblərini Sumqayıtdakı “SOCAR Polymer Arena”da qəbul edəcək:
"Çox insanla görüşdük. Bildirdik ki, stadionu bizə icarəyə verin, oranı necə lazımdırsa, quraq, yaradaq, sonra da özünüz istifadə edərsiniz. Demək olar ki, bütün boş qalan stadionlara müraciət etdik, amma heç biri ilə danışığımız alınmadı. Sonda məcbur olduq ki, "Sumqayıt"la danışaq. Onlar da sağ olsunlar, razılıq verdilər".
"Şəfa" məşqlərini Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında edəcək. Ə.İsmayılov BOS-da məşq edib, Sumqayıtda oynamağın asan olmayacağını da etiraf edib: "Təbii ki, çətin olacaq. Biz də istəmirik ki, belə durum yaransın. Amma müvəqqətidir. Öz bazamız, stadionumuz olacaq".
“Beşiktaş”a keçə bilər
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər