Mədinə Sadıqovanın tarixi Avropa çempionluğu

Mədinə Sadıqovanın tarixi Avropa çempionluğu
XƏBƏR 23 May 2026 / 22:56 2051
-  A +

Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında qızıl medal qazanıb.

QOL.az xəbər verir ki, Azərbaycan Karate Federasiyasından bildirildiyinə görə, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da, Mədinə Sadıqova Azərbaycanın karate tarixində böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner