“Real” 20 yaşlı futbolçu ilə razılaşdı

“Real” 20 yaşlı futbolçu ilə razılaşdı
XƏBƏR 14 Noyabr 2026 / 11:40 144
-  A +

“Real” yay transfer pəncərəsində heyətinə yeni futbolçu qatacaq. 

QOL.az xəbər verir ki, Madrid təmsilçisi “UD Loqronyes”in yarımmüdafiəçisi Latif İssmanın keçidini razılaşdırıb.

Bu haqda “Marca” məlumat yayıb. Tərəflər transferlə bağlı danışıqları cümə axşamı yekunlaşdırıblar. 20 yaşlı futbolçu 2027-ci ilin yayında Madrid klubunun sisteminə qoşulacaq.

Qeyd edək ki, “Real”ın skautları yay aylarından etibarən İssmanı izləyiblər. Madrid təmsilçisi mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçunun həm müdafiə, həm də hücum fəaliyyətində komandaya fayda verəcəyinə inanır.

İssman cari mövsümdə 11 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner