"Sumqayıt" hakimliklə bağlı etiraz edəcək

"Sumqayıt" hakimliklə bağlı etiraz edəcək
ÖLKƏ FUTBOLU 2 May 2026 / 20:56 123
-  A +

"Sumqayıt" Misli Premyer Liqasının 30-cu turunda səfərdə "Kəpəz"ə 1:2 hesabı ilə məğlub olub.

QOL.az xəbər verir ki, klubun mətbuat katibi Zaur Xudiyev matçdan sonra hakimliklə bağlı etiraz edəcəklərini bildirib:

"Bu vaxta qədər klub olaraq hakimliklə bağlı genişmiqyaslı etirazımız olmayıb. Əvvəl də bizə qarşı haqsız qərarlar olub. Amma biz buna həmişə "hakim də insandır" aspektindən yanaşmışıq. Amma bu hallar üst-üstə təkrarlananda təbii vəziyyətdən çıxır. Etiraz etmədikcə, səsimizi çıxarmadıqca "Sumqayıt"ı əzmək fikri yaranır. Klub olaraq açıq və əsaslı şəkildə etirazımızı bildirəcəyik". (sportal.az)

Daha çox


Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner