Premyer Liqada 60-cı qol

Premyer Liqada 60-cı qol
ÖLKƏ FUTBOLU 28 Aprel 2026 / 11:06 202
-  A +

Misli Premyer Liqasının 29-cu turunun “Turan Tovuz”la səfər oyununda (1:1) vurulan qol Davit Volkov üçün əlamətdar olub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, gürcüstanlı legioner turnirdə 60-cı dəfə fərqlənib.

O, buna 198-ci oyununda nail olub. Davit bu qolları üç komandanın heyətində vurub. 

Azərbaycan çempionatında 2018/19 mövsümündə debüt edən Davit ölkəmizdəki ilk klubu “Qəbələ”də 7 (27 oyunda), “Sabah”da 16 (63 oyunda) qola sevinib. O, “Zirə”də 37 dəfə (108 oyunda) fərqlənib.

Qeyd edək ki, Volkov turnirin tarixində 60 və ya daha çox qol vuran 31-ci futbolçudur.

Daha çox


Son xəbərlər
topaz banner