"Sabah"ı təbrik edirəm. Futbolçularıma təşəkkürümü bildirirəm. Emosional oyun alındı. Sona qədər mübarizə getdi. Azarkeşlərin oyundan zövq aldığına inanıram".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab qarşılaşması çərçivəsində "Sabah"la baş tutan matçdan sonra təşkil olunan mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis qarşılaşmanın taleyini həll edən penalti epizodu barədə danışıb:
"Fikir bildirməyim fərqli alınar. Topun ələ dəydiyini görmək olurdu. Amma Rəhim Həsənov yəqin açıqlamasını verəcək. Son saniyədə belə epizodun olması daha gərginlik yaradır. Bəzən belə fikirlər deyəndə bildirirlər ki, rəqibin qələbəsinə kölgə salınır, xeyr. "Sabah" finala layiq idi. 2:2 olsaydı da, yenə 10 nəfərlə oynayacaqdıq. Əlavə güc lazım idi. Epizodu penalti kimi gördüm. Olan şeylərdir".
Baş məşqçi son oyunlarda VAR sisteminə müraciət edilməməsi ilə bağlı sualı belə cavablandırıb:
"Baxsaydılar, yəqin nəsə problem olardı. VAR-a gedirsənsə, 90 faiz fikrini dəyişməlisən. Hakimlik məndən uzaq sahədir. Yəqin izahı veriləcək. VAR sistemi fərqli baxır".
Qurban Qurbanov oyundan sonra yaşanan gərginliyə və futbolun emosional tərəfinə toxunub:
"Futbolçularla hakimlər arasında gərginlik oldu. Paltardəyişmə otağının qarşısında olanları görmədim. Bəzən belə emosiyalar futbolu daha gözəlləşdirir. Nadir hallarda belə anlar olur. Çempionlar Liqasının finalında da bəzən belə şeylər görürük. Bu emosiyalar futbolu daha gözəlləşdirir".
Mütəxəssis ölkə futbolunda hakim qərarlarından sonra yaranan kənar müzakirələrə münasibət bildirib:
"Hadisələr hakim qərarlarından sonra baş verənlərdir. Hakimlərə o qədər basqı olur ki, bilmir özünü necə idarə etsin. Epizodu düzgün təhlil etməkdə çətinlik yaşayırlar. Bəzən onlara yazığım gəlir. Düşünürlər ki, birdən səhv qərar verərəm, həyəcanları yüksək olur. Məncə, ili sakit formada başa vurmalıyıq. Bugünkü matçda komandamın xarakterini, döyüşkənliyini gördüm. Son matçlarda eniş var idi. İstəyirdim ki, komandamda bu ruhu yenidən görüm. İnamı geri qaytarmaq üçün böyük səbəb oldu. Hakimlər də ili yaxşı başa vursalar, yeni mövsüm daha diqqətli olarlar. Hər biri özümüzündür, azərbaycanlılardır. İstərdim ki, özlərini meydanda daha inamlı hiss etsinlər. Sadəcə çox basqı onları səhvlərə aparır".
Titulsuz mövsüm və komandanın fiziki durumu barədə danışan baş məşqçi bunları qeyd edib:
"Dünya futbolunda da belə hallar gözləniləndir. 2021-ci ildə də titulsuz qalmışdıq. Belə hallar olur. Çempionlar Liqası bizi çox yordu. Belə deyək, "suyumuz çıxdı". Avropadakı böyük komandalara baxanda da eyni situasiyadır. Məsələn, "Liverpul" bir neçə il əvvəl bir nəfəsə çempion oldu, amma bu gün enişdədirlər. Çempionlar Liqası elədir ki, bir addım irəli gedəndə yorğunluq daha artır. Dünya futbolunda belə praktikalar çoxdur. Düzdür, ola bilsin, Premyer Liqaya çox yaxşı köklənə bilmədik. Aleks Ferqyusonun sözü var, komandanın zirvədə qalması 3-4 il olur. Biz şükürlər olsun, daha çox qaldıq. Məsuliyyətimizi başa düşürük. Biz də çox çalışdıq, səviyyəmizi qoruya bildik. Ciddi narahatlığım yoxdur. İşin içindəyəm və çatışmayan şeyləri bilirəm. Ola bilsin, gələn il də çətinliklər olsun. Bunlar normaldır. Bu, o demək deyil ki, bacarmayacağıq. Ruhdan düşmürük. Hər komanda illərlə çalışır, titul qazanmaq, böyük turnirlərdə oynamaq istəyir. İntriqa böyüyür. Qarşıdakı mövsümlər daha maraqlı olacaq. Buna ancaq sevinirəm. Digər komandaların artırması ilə intriqa böyüyür. Ölkə futbolu bir komanda ilə böyüməz. Normal qəbul etməliyik. Futbolda hər cür emosiyalar olur. "Sabah"a qarşı keçirdiyimiz son oyunlar maraqlı alındı, azarkeşlər zövq aldı. Fanatlarımız üzüldü, amma buna ehtiyac yoxdur. Azarkeşlərimiz yıxılanda da, qalxanda da yanımızda olub. Belə oyunlar həmişə ailəni möhkəmləndirir".
Məşqçi təcrübəli müdafiəçi Bədavi Hüseynovun "Nyukasl"la oyundan sonra demək olar ki, oynamamasının səbəbinə aydınlıq gətirib:
"Bədavi təcrübəli oyunçumuzdur. Mateus Silvanı istəyirəm ki, daha da bərk stoper edim. O mövqedə təcrübəsinin artmasını istədiyim üçün şans verirəm. Qarşıdakı matçlarda Bədavi də oynaya bilər. İndi oynamamasının səbəbləri özümüzdə qalsın".
Mütəxəssis daxili çempionatdakı oyun tempi və hakim amilinə toxunub:
"Bugünkü oyunun tempini yaxşı edən həm də, hakim Rəvan Həmzəzadə idi. Onun idarəçilik etdiyi oyunlarda oyun az dayanır. Hər epizoda fit çalmır. Oyunu sona kimi davam etdirməyi sevən biridir. Tempin artmasında hakimin də rolu var. Həm də rəqibin heyətində çox sürətli oyunçular var. Çempionatda bizi geri salan həm fiziki, həm psixoloji yorğunluğumuz oldu".
Qurban Qurbanov qapıçı Fabian Koxalskinin mümkün gedişi barədə sualı cavablandırıb:
"Qışda daha real təklifi var idi. İndi eşitməmişəm. Hazırda müqaviləsi davam edir. Mövsümün sonuna yaxın yəqin, danışığımız olacaq".
Baş məşqçi komandasının azlıqda qaldığı qırmızı vərəqə epizodu barədə kəskin danışıb:
"Epizoda baxdım. Yəqin, məni hamı səmimi qəbul edər. Rəvana ilk hissədən sonra yaxınlaşdım, dedim ki, bu "qırmızı" sənin hakimliyinə yaraşmadı. Bu cür oyunda belə qırmızı vərəqə vermək çox sərt qərardır. Top keçdi, Mikels zərbə vurdu, Simiç və Koxalski geridə qalmışdı. Məncə, ağır qərar idi. Çox istəyərəm ki, hakimlər haqda bu qədər neqativ danışılmasın. Belə səhvlər bizi böyüdür. Nəriman Axundzadənin bir epizodu var idi, həmin epizod onu böyütdü. Lakin sonra ona çox təzyiqlər oldu. İndi hakimlik də səhvlərdən böyüməlidir. Bəlkə, gələcəkdə Avropada bir oyunda bu səhvi xatırlayıb, elə qərar verəcək ki, hamı ondan yaxşı danışacaq. İnsanı böyüdən səhvlərdir. Bu hallar olur. Normal qəbul etmək lazımdır. Yekunda hamının fikri ölkə futbolunun faydası üçün olsun".
Yekunda mütəxəssis hakimlərin ümumi performansı və potensialı barədə fikirlərini tamamlayıb:
"Potensiallı hakimlərimiz var. Üzülürəm ki, onlar belə texniki səhvlər edirlər. Bu il hakimlər üçün sanki kabusdur. İllərdir onların qərarlarını görmüşük. Qaydalar da dəyişir. Yəqin, məni cərimə etməzlər. Sanki hakimlər "başlarını itiriblər".
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər
PSJ-yə keçə bilər
"Şəfa", "Cəbrayıl" və "Şahdağ Qusar"dan qələbə
Kapitan 11 il sonra komandasını tərk edir
Kamavinqa yenidən azarkeşlərdən üzr istədi
Superliqa klubunda rumıniyalı baş məşqçi
AFFA komandanı kənarlaşdırdı, məşqçiyə 6 aylıq cəza verdi
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
"Bruno "Mançester Siti"də olsaydı, "Qızıl top"u qazanardı"
Yolu açın, çempionlar gəlir! - Video
“Sabah”la bugünkü oyun “Qarabağ” üçün çox prinsipialdır”
Ukrayna millisinin baş məşqçisi istefa verdi
Arbeloa: "6 matçın hamısında qalib gəlməliyik"
Rafael Markes millinin baş məşqçisi olacaq - Rəsmi
Finala yüksəlməyin böyük sevinci - Video
"Qarabağ" rəsmiləri UEFA Forumunda - Şəkil
Azərbaycanın daha 2 boksçusu dünya kubokunda mərhələ adladı
AFFA-nın əməkdaşları UEFA seminarında
"Çelsi" 5 oyundur nə xal qazanır, nə də qol vurur
Azərbaycanın iki güləşçisi Avropa 3-cüsü oldu
“Lester” 3-cü diviziona düşdü
Rza Kayaalpdan tarixi rekord - 13-cü Avropa çempionluğu
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video