Millinin futbolçuları azarkeşlərlə görüşəcəklər

Millinin futbolçuları azarkeşlərlə görüşəcəklər
ÖLKƏ FUTBOLU 16 Aprel 2026 / 00:43 1102
-  A +

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Manə Mollayeva, Yeliz Açar və Nərgiz Əliyeva azarkeşlərlə görüşəcək.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, aprelin 16-da saat 11:30-da Azərbaycan İdman Akademiyasında keçiriləcək imza günü çərçivəsində futbolçular azarkeşlərlə bir araya gələcək, xatirə şəkilləri çəkdirəcək və imzalar paylayacaqlar.

Görüşün keçirilməsində əsas məqsəd azarkeşlərlə milli komanda üzvləri arasında əlaqələrin daha da gücləndirilməsidir.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner