Bu gün Misli Premyer Liqasında 26-cı tur başa çatıb.
QOL.az xəbər verir ki, sonuncu - 3-cü oyun gününə nəzərdə tutulan 3 matç başa çatıb.
Əvvəlcə "İmişli" "Turan Tovuz"u qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Komandaların 1-ci və 2-ci dövrələrdəki matçlarında 1 dəfə "Turan Tovuz" qalib gəlib, 1 dəfə heç-heçə qeydə alınıb.
Günün ikinci qarşılaşmasında "Şamaxı" "Zirə"nin qonağı olub. "Zirə" hesabda öndə olsa da, "Şamaxı" son dəqiqə qolu ilə hesabı bərabərləşdirərək məğlubiyyətdən xilas olub. Komandalar arasında 1-ci dövrədə "Zirə", 2-ci dövrədə isə "Şamaxı" üstün olub.
Turun son qarşılaşmasında isə "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gəlib. Gərgin keçən qarşılaşmadan "Sabah" 4:2 hesablı qələbə ilə meydandan üstün ayrılmağa nail olub. Sözügedən kollektivlərin oyunlarında 1-ci dövrədə heç-heçə, 2-ci dövrədə "Sabah"ın qalibiyyəti qeydə alınıb.
7 aprel (çərşənbə axşamı)
19:30. “Araz-Naxçıvan” - “Sabah” - 2:4
Qollar: Felipe Santos, 7 (1:0), Velko Simiç, 13 (1:1), Hamidu Keyta, 26 (2:1), Coy Lens Mikels, 37-pen. (2:2), Coy Lens Mikels, 63-pen. (2:3), Kahim Parris, 82 (2:4)
“Liv Bona Dea Arena”
17:15. “Zirə” - “Şamaxı” - 1:1
Qol: Leroy Mikels, 69 (1:0), Edqar Adilxanov, 90+2(1:1)
Zirə İdman Kompleksinin stadionu
15:00. “İmişli” - “Turan Tovuz” - 1:1
Qollar: D.Kardozu, 45 (1:0), Mark Rene Mampassi, 53 (1:1)
Quba OİK stadionu
5 aprel (bazar)
“Kəpəz” - “Qəbələ” - 0:2
“Sumqayıt” - “Neftçi” - 1:3
6 aprel (bazar ertəsi)
“Qarabağ” - “Karvan-Yevlax” - 7:0

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 17 qol
Bassalu Sambu ("Neftçi") - 10 qol
Velko Şimiç (“Sabah”) - 10 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 8 qol
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər