“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı

“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
PREMYER LİQA 6 Aprel 2026 / 20:49 9521
-  A +

Misli Premyer Liqasında 26-cı tur davam edir.

QOL.az xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 1 matç artıq başa çatıb.

"Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Karvan-Yevlax"ı qəbul edib. Ağdam təmsilçisi rəqibinə 7 cavabsız qolla qalib gəlib. Beləliklə, Qurban Qurbanovun komandası cari mövsümün ən böyük hesablı qələbəsini qazanıb.

Bu komandalar arasındakı əvvəlki 2 dövrənin matçlarında Ağdam təmsilçisi 2:0 hesablı qələbələr qazanıb.

6 aprel (bazar ertəsi)

19:00. “Qarabağ” - “Karvan-Yevlax” - 7:0

Qol: Leandro Andrade, 23, Kamilo Duran, 31, Dani Bolt, 40, Abdullah Zubir, 43, Kamilo Duran, 45, Kamilo Duran, 48, Leandro Andrade, 64

Tofiq Bəhramov adına Respublika Stadionu

7 aprel (çərşənbə axşamı) 

15:00. “İmişli” - “Turan Tovuz”

17:15. “Zirə” - “Şamaxı"

19:30. “Araz-Naxçıvan” - “Sabah"

5 aprel (bazar)

“Kəpəz” - “Qəbələ” - 0:2 

“Sumqayıt” - “Neftçi” - 1:3

Daha çox


Son xəbərlər
topaz banner