"Neftçi" Misli Premyer Liqasının 26-cı turunda səfərdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Bəli, bir il əvvəl “Krivbass”da işləyirdim. Səhv etmirəmsə, onda aprelin 4-ü idi. Uşaq meydançasına ballistik raket atılmışdı və 9 uşaq həlak oldu. Onlarla bərabər, 21 böyük adam da ölmüşdü. Doğrudur, üstündən nə qədər vaxt keçib, amma mən indi də xatırlayıram. Mən bunu demək istəyirdim. İndi isə suallara keçə bilərik”.
- Əvvəlki oyunlarla müqayisədə bu gün nəyi dəyişdiniz?
- Biz çox işləyirik, çalışırıq. Futbolçularımızın da əhval-ruhiyyəsi yaxşıdır. Hamı meydana çıxmaq, oynamaq istəyir. Belədə, işimiz daha da asanlaşıb. Burada bir məqam heyətlə bağlı qərar verməkdir. “Sumqayıt”la görüşdə yaxşı performans ortaya qoyduq. Qol epizodlarımız da çox idi. Böyük hesabla qazana bilərdik. Hətta buraxılan qoldan sonra reaksiya göstərdik. Mənim üçün önəmli məqam da budur.
- Bundan sonra sizi “Qarabağ”la ardıcıl iki oyun gözləyir. Digər rəqiblər isə “Zirə” və “Araz-Naxçıvan” klublarıdır. Həmin görüşlərə nə qədər özünüzü hazır hesab edirsiniz?
- Futbolçulara da aprelin ağır ay olacağını bildirmişəm. Ardıcıl olaraq, güclü komandalarla qarşılaşacağıq. Əslində, bunun özü də əladır. Düzünü deyim, həmin matçları səbirsizliklə gözləyirəm. Çünki komandamın nəyə qadir olduğunu görmək istəyirəm. Həmin oyunlarda uğurlu nəticələr qazansaq, hər şey daha da yaxşı olacaq.
- Emin Mahmudovun vəziyyəti nə yerdədir?
- Emindən gözləntim böyükdür. Yəqin ki, 1-2 günə məşqləri bərpa edəcək. O, bizim kapitanımızdır. Bilirsiniz, kapitanla oyun bir cür olur, kapitansız bir cür. Yəni, meydanda idarəetmə baxımdan Eminsiz çətinlik baş verə bilir. O, gün keçdikcə böyüyür.
- İddialı rəqiblərlə görüşlərdə xal qazanmaq çətindir?
- Bizim hər matça görə planımız var. Amma bu haqda nəsə deyə bilmərəm. Rəqiblərimizin zəif və güclü tərəfləri haqda məlumatlıyıq. Həm A, həm də B planımız olur.
- Ölkə kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz” - “Zirə” görüşündəki mübahisəli hakim qərarları haqda fikriniz necədir?
- Bilirsiniz, elə olub ki, hakimlər bizim də xətrimizə dəyib. Amma başa düşürük ki, onlar da insandır, səhv edə bilərlər. Uduzan komanda üçün qərarlar da ağır gəlir. Mən daim öz gücümü də komandama həsr edirəm, digər amillərə çox da fikir verməməyə çalışıram. Ukraynada olanda da hakimlər məni sevirdi, indi də. Yenə deyirəm, işim komandamı oyunlara hazırlamaqdır.(sportal.az)
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov