"Hər komanda kubok oyununda qalib gəlmək istəyir. Avrokuboklara vəsiqəni ölkə kuboku vasitəsi ilə qazanmaq daha rahatdır. 2-3 oyunda qələbə qazanandan sonra finala çıxırsan".
QOL.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un məşqçisi Yunis Hüseynov Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Zirə"yə 0:2 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis finala çıxmaq ümidlərinin itmədiyini söyləyib: "Bu gün qalib gəlmək istəyirdik. Hələ cavab matçı var. Tam ciddi hazırlaşıb finala vəsiqə qazanmağa çalışacağıq. Bu gün öz səhvlərimizdən qollar buraxdıq. Rəqib əks-hücumda oynayırdı. Qarşıda "İmişli" ilə çətin çempionat oyunu var. Həmin görüşə hazırlaşacağıq. "Zirə" ilə cavab oyununda tam başqa futbol oynayacağıq".
O, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev matçın referisi Əliyar Ağayev haqda səsləndirdiyi sərt fikirlərə də toxunub: "Hakimlər haqda danışmaq istəmirik. Danışanda bizi cərimələyirlər. Epizoda biz də baxdıq. Nə dərəcədə penalti olmadığını deyə bilmərəm. İkinci hissədə rəqib Roderik Millerin ayağını tapdaladı. Mənə elə gəlir ki, VAR epizoda baxmalı idi. Əliyar Ağayev görməyə bilər. Amma məncə, VAR baş hakimi monitora dəvət etməli idi".
Y.Hüseynov sonda "İbrahima Vadji nə vaxt qol vuracaq" sualına belə cavab verib: "Biz də istəyirik ki, qol vursun. İnşallah qarşıdakı matçlarda fərqlənər. Futbolçu elədir ki, bir qol vurandan sonra onda özünəinam artır. Vadji də bir qol vursa, davamı gələr".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi
Tarixi rekord: cekpot ilk dəfə 2 milyon manatı keçdi
Rəşad Sadıqovun yubiley oyunu
"Sabahın Ulduzları": 2 oyun, 12 qol
“Qarabağ” Dani Boltun getdiyini rəsmən açıqladı