"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev Azərbaycan kubokunun yarımfinal mərsəhələsində "Zirə"yə uduzduqları ilk oyun (0:2) haqda danışıb.
QOL.az xəbər verir ki, o, baş hakim Əliyar Ağayevin qərarlarından narazı qaldığını söyləyib. Klub rəhbəri referinin Tovuz təmsilçisinə qarşı qərəzli qərarlar qəbul etdiyini iddia edib:
"Oyuna Əliyar Ağayevin təyinat aldığını öyrənəndə başımıza belə şedylərin gələcəyindən şübhələnirdik. Biz suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Eybi yox, suyu uzanaraq, tək ayaq üstə içsinlər, amma haqqımızı içməsinlər. 1 illik əziyyətimiz 1 gündə yerə vurulur. Bunlar dəyişməlidir. Xüsusilə Əliyar "Turan Tovuz"un oyunlarına təyinat alanda belə halları gözləyirdik. Çempionatdakı oyunda səhv etmişdi. İnsanıq də. Bizə mesaj göndərildi ki, səhv etmişəm. Futbolçularımızın alın təri, bizim haqqımız Əliyarın haramı olsun. Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Amma futbolda belə hallar dəyişməlidir. Bəzi şeyləri dilə gətirməliyik. Danışmadıqca, səssiz qaldıqca Əliyar kimilər oyunları belə idarə edəcəklər, futbolumuzu bu günə qoyacaqlar. Belə olan halda yatırım etməyin də, əziyyət çəkməyin də mənası yoxdur. Azərbaycan futbolunun Əliyar kimilərdən canı qurtarmalıdır.
Epizodları hamınız gördünüz. Futbol ictimaiyyətinin baxmasını, görməsini, "Tura Tovuz" azarkeşlərinin səssiz qalmamasını istəyirəm. Artıq olmaz. Bu il əziyyətimiz boşuna gedir. Biz 2 təlim-məşq toplanışı keçirmişik, çoxlu investisiya etmişik, amma Əliyar kimilər oynamağımıza imkan vermirlər".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə