Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev yığmamızın “FIFA Series – 2026” beynəlxalq turnirində Sent Lüsiya ilə keçirilən və bu gün Syerra Leone ilə nəzərdə tutulan görüşü haqda danışıb.
O, QOL.az-a açıqlamasında əvvəlcə Sent Lüsiya üzərində 6:1 hesabı qələbəsini şərh edib:
“Oyunun hesabından xəbərim oldu. Sonradan videoicmala baxdım. Rəqibi tanımasam da, millimizin çox qol vurması, komandaya inam verdi. Bəlkə də, belə oyun futbolçuları gələcək oyunlara hazırlamaq baxımından vacib idi”.
Rauf Əliyev bildirib ki, rəqib nə qədər zəif olsa da, bu, millimizin ən böyükhesablı qələbəsi kimi tarixə düşdü: “Ola bilər ki, zəif komandadır. Amma arada belə bir oyunların olması bəlkə də komandada inam yaratmaq üçün yaxşıdır. Əsas odur ki, millimizin ən böyükhesablı qələbəsi kimi tarixə yazıldı. Özünə inamı heç də yaxşı bir vəziyyətdə olmayan bir komandaya belə qələbə faydalıdır. İnanıram ki, gələcək oyunlar üçün bu cür qələbənin xeyri dəyəcək”.
37 yaşlı keçmiş forvard qeyd edib ki, komandanın hansı durumda olması nisbətən güclü rəqiblərlə oyunda bilinir: “Yəni ötən oyun ancaq komandaya psixoloji tərəfdən kömək ola bilər. Amma güclü rəqibə qarşı oynayanda daha çox faydalı olur. Komandanın çatışmazlıqları onda bilinir. Futbolçular özləri də hansı formada olduqlarını görürlər. Ona görə də daha güclü komandalarla oynamaq sərfəli olar. Bu görüş dediyim kimi, ancaq futbolçularımıza əhval-ruhiyyə tərəfindən kömək ola bilər. Biz də Dubay hazırlığı zamanı zəif rəqiblərə qarşı oynamışıq. Məsələn, Hindistanla qarşılaşmışdıq. (Azərbaycan millisi 2012-ci ildə yoldaşlıq oyununda 3:0 hesabı ilə qalib gəlib – QOL.az) Amma bu qədər zəifi olmayıb”.
Rauf Əliyev Syerra Leone ilə bu gün keçiriləcək görüş haqda isə deyib: “Bugünkü rəqib fərqli komandadır. Syerra Leone zəif deyil. Ona görə də bu gün fərqli oyun izləyə bilərik. Bu cür komandalarla qarşılaşmada hansı boşluqların olmasını görmək olar”.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi
Tarixi rekord: cekpot ilk dəfə 2 milyon manatı keçdi
Rəşad Sadıqovun yubiley oyunu