Azərbaycan milli komandası “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində martın 30-da Syerra Leone yığması ilə üz-üzə gələcək.
QOL.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Çalışdırıcı ilk növbədə rəqibin reytinq göstəricilərinə və komandasının hazırlıq səviyyəsinə toxunub:
"Turnirdə ikinci oyunumuza çıxırıq. Rəqib isə ilk matçını keçirəcək, bu mənada müəyyən üstünlükləri var. Buna baxmayaraq, doğma meydanda oynayırıq və azarkeşlərimizin dəstəyi ilə qalib gəlmək istəyirik. Rəqib reytinq baxımdan bizdən öndədir. Onların son oyunlarını təhlil etmişik. İnanıram ki, futbolçularım birinci oyundakı ciddiyyət və istəkdən daha fərqli, daha üstün performans sərgiləyəcəklər. Rəqib bizdən məhz bunu tələb edir. Biz bu mübarizəyə hazırıq"
İlk matçdakı əlverişsiz hava şəraiti və meydançanın durumu ilə bağlı sualı cavablandıran mütəxəssis fiziki yüklənmənin təsirlərindən danışıb:
"Hava və meydança ağır idi. Amma rəqib də eyni şəraitdə oynayırdı. Fiziki yüklənmə baxımdan çətin oldu. Buna baxmayaraq ilk hissədə Rəhman Daşdəmirovdan başqa bütün futbolçuları dəyişdik. İkinci hissədə meydana girənlər də tempi yüksək tutdu, çox fərq hiss olunmadı".
Mətbuat konfranslarına fərqli futbolçularla qatılmasına aydınlıq gətirən baş məşqçi bunun komandadakı məsuliyyət hissi ilə bağlı olduğunu vurğulayıb:
"Millidə olduğum müddətdə istəyirəm ki, bütün futbolçular bu məsuliyyəti dərk etsinlər. Onların media qarşısına çıxması və danışması vacibdir. Buna görə də hər oyunda fərqli oyunçunu konfransa gətiririk. Bizim uğur üçün xüsusi inanclarımız və ya rituallarımız yoxdur".
Syerra Leone millisinin oyun üslubu və təhlükəli tərəfləri barədə məlumat verən çalışdırıcı Afrika təmsilçisi ilə qarşılaşmağın maraqlı təcrübə olacağını qeyd edib:
"Səhv etmirəmsə, ilk dəfədir millimiz Afrika təmsiçisi ilə qarşılaşır. Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olar. Rəqib reytinqdə bizdən üstün ola bilər. Bu xalları təsadüfən qazanmırlar. Fransa yüksək liqasında oynayan müdafiəçiləri var, topla yaxşı oynayırlar, texnikalıdırlar. Yaxşı oyun olacaq".
Sabahkı matçda heyətdə rotasiyalar edəcəyini bildirən mütəxəssis millidə hər bir oyunçunun hər an mübarizəyə hazır olmasının vacibliyini deyib:
"Heyətdə dəyişiklik olacaq. Buna ehtiyac var. Bəzi dəyişikliklər gözlənilir. Millidə 1-ci və 2-ci heyət aurasının olmamasını istəyirik. Çünki hamı hazır olmalıdır. Klubdan fərqli, ən yaxşılar buradadır. Rəqibə görə də düşünəcəyik".
Digər rəqiblərin, Litva və Lixtenşteynin çıxışlarını da izlədiklərini bildirən baş məşqçi yay toplanışı üçün planlarından söz açıb:
"Yay toplanışında rəqiblərimizi yaxından izləmək planımız var. Köməkçilərimiz də orada ola bilər, özümüz də. İndiki yoldaşlıq görüşlərini yaxından izləyirik. Lixtenxşteyn Tanzaniyaya qalib gəldi. Litva Gürcüstanla oynayırdı. Yaxşı, mübariz komandadır. Bu dəqiqə özümüzlə vəziyyətə düzgün qərar versək, bizim onlardan böyük üstünlüyümüz yoxdur. Futbolçularımız millidə yaxşı performansda olsalar, qalib gəlmək istəyirik".
Turnirin formatı və rəqibə hörmət mövzusuna toxunan mütəxəssis bərabərlik halında qalibin penaltilərlə müəyyənləşəcəyini xatırladıb:
"Bu turnirdə bərabərlik olandan sonra dərhal penaltilərə keçəcəklər. Kimsə qalib gəlməlidir. Bu turniri təşkil edən FİFA-dır. Rəqibləri biz seçmirik. Hər bir rəqibə hörmət etməliyik. Bizdən də qat-qat güclü rəqiblərlə oynadıq. Onların bizə necə hörmət etdiyini gördük. Reytinqdə zəif olan komandalara da uduzmuşuq. Zəiflə də mübarizə aparmaq lazımdır. İlk oyunda istədiyimiz o idi ki, futbolçuların oyuna yanaşması düz idi".
Şəxsi hədəfləri və qələbənin əhəmiyyəti barədə danışan çalışdırıcı ardıcıl uğurların komandaya böyük ruh yüksəkliyi verəcəyini bildirib:
"Millidə qalib gəlmək məşqçi üçün çox böyük sevincdir. Hər məşqçinin arzusudur ki, millidə qalib gəlsin. Ardıcıl ikinci qələbə futbolçular və məşqçilər üçün böyük motivasiya olar. İstəyirik ki, ilin sonuna qədər yaxşı statistika formalaşsın. Yoldaşlıq görüşləri və qrupdakı rəqiblər imkan verir ki, yaxşı mübarizə aparaq. Ən yaxşı ilimiz ola bilər".
Baş məşqçi müqavilə məsələləri və "Şamaxı" klubu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
"Klubla yayda müqaviləmiz bitir. Milli ilə də danışığımız olmuşdu ki, yay toplanışından sonra mövzuları müzakirə edəcəyik. İlin sonuna qədər müqaviləm var. Bu turnir önəmlidir. Qərarlar veriləcək"
Sonda mütəxəssis daha güclü rəqiblərlə oyunlardan sonra nisbətən aşağı reytinqli komandalara qarşı oynamaq barədə də fikirlərini bölüşüb:
"Yox. Məncə, problem olmaz. Biz ağır oyunlar keçmişik. Fransa ilə iki ağır oyun oynamaq elə iki illik stressə bəs edir (gülür). Kənardan asan gələ bilər. Futbolçular da çox əziyyət çəkdilər. Ukrayna və İslandiya görüşlərdə də həmçinin. San-Marino və Malta ilə oyunlarımız olacaq. Zəif rəqiblər deyillər. FİFA pəncərəsi açıq olanda yaxşı rəqiblər istəyirik. Bir çox rəqiblərlə danışırdıq. Amma rəqib də səni seçməlidir. Futbolçularımız avrokuboklarda, ÇL-də oynayacaqlar. Futbolçular boş dayanmırlar. Ümid edirik ki, problem olmaz".(sportal.az)
Kasemiro bu kluba keçir
Dünya çempionatı üçün 400 minlik evini satdı
Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı
Bu stadionda tribunalardan biri Messinin adını daşıyacaq
"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq
Entoni Qordon "Nyukasl"dan gedir?
Salah A Seriyasına qayıda bilər
Vinisius millinin matçını buraxa bilər
"Marsel" ÇL-ə vəsiqə qazanmasa, klubdan ayrılacaq
Yağışa görə bu oyunlar da təxirə salındı
Şlotterbek "Borussiya"nın ən çox qazanan oyunçusu olacaq
Baş məşqçi VAR-ı sərt tənqid etdi
Azərbaycan millisi Şimali İrlandiyaya da uduzdu
Seneqaldan CAF-a "ulduz"lu cavab
“Biz də bu mövqedə olmaqdan razı deyilik” - Vüsal İsgəndərli
"Nyukasl" klubunun sahibləri dəyişəcək?
"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər
2-ci liqada 6 oyunun hakimləri
Türkiyəyə qalib gəlsələr, 1 milyon mükafat alacaqlar
Haaland Premyer Liqanın ən yaxşısı seçildi