"Çelsi" Rozenyorun yeni müqaviləsində özünü necə sığortaladı?

"Çelsi" Rozenyorun yeni müqaviləsində özünü necə sığortaladı?
DÜNYA FUTBOLU 21 Mart 2026 / 21:37 1798
-  A +

“Çelsi” baş məşqçisi Liam Rozenyorla uzunmüddətli müqavilə imzalayıb.

QOL.az xəbər verir ki, “Topskills Sports UK”in məlumatına görə, yeni sözləşmə 2032-ci ilin iyununa qədər nəzərdə tutulub.

Müqavilədə klubun maliyyə maraqlarını qoruyan xüsusi bəndlər yer alıb. Belə ki, Rozenyor vaxtından əvvəl istefaya göndərilərsə, qalan illərin tam maaşını almayacaq, təzminat isə 4-10 milyon funt sterlinq civarında məhdudlaşdırılacaq.

Bu addım “Çelsi”nin əvvəlki baş məşqçilərin istefasına görə 36 milyon funtdan çox təzminat ödəməsindən sonra maliyyə risklərini azaltmaq məqsədi daşıyır.


Dünya Çempionatı 2026
Son xəbərlər
18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner