UEFA-nın “HatTrick” proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən “Məktəblərdə Futbol Dərsi” layihəsinin cənub regionu üzrə futzal turniri başa çatıb.
QOL.az AFFA-ya istinadən xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri arasında təşkil olunan turnirdə ümumilikdə 10 məktəbin komandası iştirak edib. Lənkəran şəhəri Sütəmurdov kənd tam orta məktəbin idman zalında keçirilən yarışlarda 100-dən çox şagird (qız və oğlan) mübarizə aparıb.
Turnirin final görüşündə 4 saylı tam orta məktəbin komandasını üstələyən ev sahibi komanda – Sütəmurdov kənd tam orta məktəbinin kollektivi yarışın qalibi olub. 4 saylı tam orta məktəbin komandası ikinci, Hirkan kənd tam orta məktəbinin kollektivi isə üçüncü yeri tutub.
Sonda qaliblərin mükafatlandırma mərasimi keçirilib. AFFA tərəfindən qalib komandaya kubok, ilk üç yeri tutan kollektivlərə isə hədiyyələr təqdim olunub. Bununla yanaşı, turnir ərzində fərqlənən oyunçular müxtəlif fərdi nominasiyalar üzrə mükafatlarla təltif ediliblər.
Mükafatları komanda üzvlərinə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov təqdim edib.
Qeyd edək ki, “Məktəblərdə Futbol Dərsi” layihəsinin təşkilində əsas məqsəd məktəblilərin idmana, xüsusilə futbola marağını artırmaq, sağlam həyat tərzinin təşviqinə töhfə vermək, şagirdlərin fiziki aktivliyini yüksəltmək, futbol vasitəsilə komanda işi, dostluq və “fair-play” kimi dəyərlərin aşılanmasına şərait yaratmaqdır.
Yuxarı
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı