“Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı “Sabah”la son oyundan (1:7) sonra komandanın baş məşqçisi Kaxaber Sxadadzenin azarkeşlərdən biri ilə mübahisə etməsi, onu hədələdiyinə dair yayılan görüntülər haqda danışıb.
QOL.az saytına müsahibəsində klub rəsmisi gürcü mütəxəssisin hərəkəti ilə bağlı deyib:
Həmçinin oxuyun: “Araşdırmalar davam edir, bu, belə qalmayacaq” – “Qəbələ” rəsmisi
"Sxadadze olmasın, mən olum, siz olun, 1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz? Məğlubiyyəti mülayim qarşılasaydı, təəccüblü onda olardı ki, bunun vecinə deyil. O cür məğlubiyyət zamanı məşqçinin belə davranması başadüşüləndir. Kim olsa, hansısa sözə, hərəkətə elə reaksiya verərdi. Sadəcə olaraq bu epizod kameraya tuş gəlib. Futboldur, emosialarla doludur, hər şey ola bilər. Mən inanmıram ki, komanda yaxşı oynayanda belə bir hadisə yaşansın.
Bu cür etmək vəziyyətlə barışmamaqdır. Azarkeşləri də başa düşürük. Eyni şeyi onlar haqda da demək olar. 1:7 hesabı ilə uduzan və meydanda döyüşməyən bir kollektiv görürlər. Onların da reaksiyasını başa düşürük. Sadəcə elə etmək lazımdır ki, bir də bu hallar yaşanmasın. Bundan hansısa başqa nəticə çıxarmaq düzgün olmaz".
Foto: "Qəbələ" İK
Skaloni razılıq verdi
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”
1-ci liqa: “Şahdağ Qusar” liderliyini qoruyur
Yamalın üzünə kəllə vuran futbolçu cəzalandırıldı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Kvaratsxeliya: “Niyə məhz mən?”
Azərbaycanın 7 boksçusu mərhələ adladı - Avropa çempionatı
Ayxan Abbasovdan U-15 millisinə dəstək ziyarəti - Şəkillər
"Barselona" UEFA-ya şikayət etdi
Bugünkü oyunları yayımlayacaq kanallar