"Şamaxı" Misli Premyer Liqasının 23-cü turu çərçivəsində doğma meydanda "İmişli"ni qəbul edib. Matç qolsuz heç-heçə ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis ilk növbədə sıx təqvimin futbolçulara göstərdiyi mənfi təsirlərdən və qazanılan bir xalın əhəmiyyətindən söz açıb:
"Sıx qrafikdə oynayırdıq və son matçda aldığımız üzücü məğlubiyyət futbolçulara psixoloji tərəfdən ciddi təsir etmişdi. Buna baxmayaraq yorğun halda 90 dəqiqə ərzində yaxşı mübarizə apardıq. "İmişli" çempionatın ən çox heç-heçə edən komandasıdır. Rəqibə oynamağa imkan vermirlər, özləri də futbol oynamırlar. Bunu həm Qubada, həm də burada gördük. Yorğun olsaq da, turnir cədvəlindəki yerimizi qorumaq və yuxarı pillələrə iddiamızı saxlamaq üçün bu mühüm xalı qazandıq. Mübarizə davam edir".
A.Abbasov "Şamaxı"nın Premyer Liqadakı mövqeyi və klubun imkanları barədə də fikirlərini bildirib:
"Futbolçularıma da demişəm ki, əsas məqsədimiz Premyer Liqada qalmaq idi. Klubun böyüməsi üçün bu liqada stabil iştirak mütləqdir. Bizim bəlli bir büdcəmiz var və bizdən aşağı pillələrdə olan komandalardan böyük bir üstünlüyümüz və ya nəhəng bazamız yoxdur. Premyer Liqaya qayıtdığımızın ikinci ilində aşağı pillə həyəcanı yaşamamaq, gənclərə və yeni legionerlərə şans vermək yaxşı nəticədir. Kubokda da hədəfimiz var idi, lakin "Qarabağ" çox güclü rəqib idi. Bəlkə daha geniş heyətimiz və rotasiya imkanımız olsaydı, daha yaxşı nəticə göstərə bilərdik. Bundan sonrakı özümüz və futbolçuların gələcəyi üçün böyük motivasiyadır. Hər oyunda mübarizə aparacağıq.".
Mətbuat konfransında yerli futbolçuların oynadılmasına görə verilən bonuslar və rəhbərliklə münasibətlər mövzusuna da toxunulub:
"Mövsümün son dövrəsi yaxınlaşanda müxtəlif fikirlər və suallar yaranır. Lakin meydanda kimi oynadacağımız, heyətə kimləri daxil edəcəyimiz sırf mənə aid olan məsələlərdir. Bu mövzular rəhbərliklə müzakirə olunmur. Mənim öz yanaşmam və məqsədlərim var. Hər oyuna qələbə və futbolçuların inkişafı üçün çıxacağıq".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi