Dadaşov dubl edib qələbə qazandırdı

Dadaşov dubl edib qələbə qazandırdı
XƏBƏR 5 Mart 2026 / 09:26 2836
-  A +

Almaniyada Şimal-Şərq Regional Liqasında 20-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Berlin “Dinamo”su evdə "Proyssen"lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

34 yaşlı Dadaşov bu oyunda dubl edərək komandasına qələbə qazandırıb. O, 58 və 80-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Rüfət bu mövsüm çempionatda vurduğu qolların sayını 4-ə çatdırıb. 

14 xala malik "Dinamo" hazırda turnir cədvəlində 20-ci yeri tutur. 

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisinin heyətində 2013-2019-cu illərdə 24 oyun keçirib, 5 qol vurub.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner