AFFA: "Neftçi”nin qapısına penalti qərarı doğrudur!" - Video

AFFA: "Neftçi”nin qapısına penalti qərarı doğrudur!"  - Video
VİDEO 2 Mart 2026 / 21:12 2707
-  A +

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodlar barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, o, "Qarabağ" - "Sabah" , "Şamaxı" - "Neftçi",  "Kəpəz" - "Sumqayıt", "Qəbələ" - "Karvan-Yevlax" və "Turan Tovuz" - "İmişli" olmaqla ümumilikdə 5 qarşılaşmada qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb. 

Rəhim Həsənov "Qarabağ" - "Sabah" matçının baş hakimi Tural Qurbanovun 90+5-ci dəqiqədəki sarı vərəqə qərarının, həmçinin "Kəpəz" - "Sumqayıt" matçında baş hakim Rəşad Əhmədovun 36-cı dəqiqədəki penalti qərarının doğru olmadığını bildirib. Eyni zamanda "Şamaxı" - "Neftçi" matçında baş hakim Kamranbəy Rəhimovun 90+4-cü dəqiqədəki penalti qərarının, həmçinin digər matçlardakı hakim qərarlarının doğruluğunu təsdiqləyib.

Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Daha çox


Son xəbərlər
16.04.26  20:17

Messi klub sahibi oldu

16.04.26  17:57

"Liverpul"da qalacaq

topaz banner