Bu gün Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib.
QOL.az xəbər verir ki, matçların hamısı eyni günə nəzərdə tutulub. Bununla da pley-offdan 1/8 finala vəsiqə qazanan bütün komandalar müəyyənləşib.
Türkiyə "Samsunspor"u evdə Şimali Makedoniya "Şkendiya"sını darmadağın edib və adını 1/8 finalçılar siyahısına yazdırıb. "Fiorentina" "Yagelloniya"ya yenilsə də, ilk matçın nəticəsinə görə sevinən tərəf olub.
İlk matçların və cavab oyunlarının ümumi nəticəsinə əsasən, "Samsunspor", "Fiorentina", "Selye", "Riyeka", "Lex", "AZ Alkmaar", "Kristal Pelas", və "Siqma" növbəti mərhələyə adlayıblar.
Qeyd edək ki, daha əvvəl "Rayo Valyekano" (İspaniya), "Şaxtyor" (Ukrayna), AEK (Yunanıstan), "Sparta" (Çexiya), "Maynts 05" (Almaniya), AEK (Larnaka, Kipr), "Strasburq" (Fransa) və "Rakuv" (Polşa) Liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıblar.
Pley-offdan 1/8 finala adlayanlar bu mərhələyə birbaşa vəsiqə qazanmış komandalarla üz-üzə gələcəklər.
UEFA Konfrans Liqası, pley-off mərhələsi, cavab oyunları
26 fevral
21:45. "Fiorentina" (İtaliya) – "Yagelloniya" (Polşa) - 2:4
Qollar: Faqioli, 107, Romançuk, 114-avtoqol - Mazurak, 23, 45+3, 49
Qırmızı vərəqə: Vital, 120 ("Yagelloniya")
İlk oyun – 3:0
21:45. "Samsunspor" (Türkiyə) – "Şkendiya" (Şimali Makedoniya) - 4:0
Qollar: Ntçam, 53-pen; Ndiaye, 71, Mundilmadji, 79, 90+2
İlk oyun – 1:0
21:45. "Selye" (Sloveniya) – "Drita" (Kosovo) - 3:2
Qollar: Seslar, 19, 43-pen; Hrka, 23 - Krasniqi, 26, Dabiqaj, 51
ilk oyun – 3:2
21:45. "Riyeka" (Xorvatiya) – "Omoniya" (Kipr) - 3:1
Qollar: Fruk, 52, 67, Adu-Adyei, 79 - Tankoviç, 13
İlk oyun – 1:0
00:00. "Lex" (Polşa) – "KuPS" (Finlandiya) - 1:0
Qol: Rodriqez, 65
İlk oyun – 2:0
00:00. "AZ Alkmaar" (Niderland) – "Noa" (Ermənistan) - 4:0
Qollar: Daal, 5, Miynans, 39, 54, Jensen, 90+1
İlk oyun – 0:1
00:00. "Kristal Pelas" (İngiltərə) – "Zrinski" (Bosniya və Herseqovina) - 2:0
Qollar: Lakrox, 36, Qessand, 90+3
İlk oyun – 1:1
00:00. "Lozanna" (İsveçrə) – "Siqma" (Çexiya) - 1:2
Qollar: Yanneh, 35 - Sip, 22, Rusek, 44
İlk oyun – 1:1
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər