UEFA Çempionlar Liqası pley-off mərhələsinin “Benfika” – “Real” oyununda (0:1) qalmaqal yaşanıb.
QOL.az xəbər verir ki, oyunda yeganə qolu vuraraq komandasına qələbə qazandıran Vinisius Juniorun irqçiliyə məruz qaldığı iddia edilir.
Qoldan sonra sevincini qeyd edən braziliyalı futbolçuya qarşı “Benfika”nın oyunçusu Cankuja Prestyanni tərəfindən irqçi ifadələrin səsləndirildiyi bildirlir. Bundan sonra Vinisius meydanı tərk etməyə cəhd edib və qarşılaşma dayandırılıb.
Yayım zamanı “Benfika”nın baş məşqçisi Joze Mourinyonun futbolçunu geri qayıtmağa razı salmağa çalışdığı anlar nümayiş etdirilib. Təxminən 10 dəqiqəlik fasilədən sonra oyun bərpa olunub.

Matçdan sonra hadisə ilə bağlı danışan Vinisius bildirib: “İrqçilər hər şeydən əvvəl qorxaqlardır. Onlar acizliklərini göstərmək üçün ağızlarını köynəklə bağlamalıdırlar, amma nəzəri olaraq onları cəzalandırmalı olanların himayəsi altındadırlar. Bu gün baş verənlər nə mənim , nə də komandamın həyatında yeni bir şey deyil”.
İspaniya mətbuatının yazdığına görə, məsələ ilə bağlı UEFA UEFA Çempionlar Liqasının intizam araşdırmasına başlayıb.
Mənbənin bildirdiyinə görə, UEFA hadisənin bütün iştirakçılarını dindirməyi planlaşdırır. Onların arasında oyundan sonra açıq şəkildə açıqlama verərək “Benfika”nın yarımmüdafiəçisi Canluka Prestyanninin irqçi ifadələr işlətdiyini deyən Kilian Mbappe də var.
Qeyd olunur ki, ittihamları təsdiqləyən sübut tapılmayacağı təqdirdə heç bir sanksiya tətbiq edilməyəcək.
Messi klub sahibi oldu
"Liverpul"da qalacaq
Arda Güler üzr istədi
Arda Güler tarix yazır
Mayami şirkəti Lionel Messini məhkəməyə verdi
"Barselona" həm də antirekordla yadda qaldı
PSJ-nin zədəli futbolçularından xəbər var
Yamal, Yıldız, Emeri ...
"Çelsi" onu göndərməyə hazırlaşır
Rafinya "Atletiko" azarkeşlərindən üzr istədi
Çempionlar Liqasının yarımfinal matçını buraxa bilərlər
Hakimə etirazına görə cəzalandırıldı
Azərbaycan millisi yenə qazaxlara uduzdu