İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Eddi Hau Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində sabah "Qarabağ"a qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
QOL.az xəbər verir ki, təcrübəli mütəxəssis "Qarabağ"ın oyun üslubunu yüksək qiymətləndirib və Ağdam təmsilçisinin matçlarını analiz etdiklərini bildirib. O, uzun yol gəldiklərini və heyətdəki itkiləri qeyd etsə də, Bakıdan yaxşı nəticə ilə dönmək niyyətində olduqlarını vurğulayıb:
"Qarabağ"ın ötən oyunlarını yaxşı təhlil etmişik, onlar formalaşmış, keyfiyyətli oyun üslubuna malikdirlər. Xüsusən də "Çelsi" ilə matç hər iki tərəf üçün çətin keçmişdi, həmin oyunu diqqətlə nəzərdən keçirmişik. Bizi çətin oyunun gözlədiyini deyə bilərəm.
Bu mərhələ pley-offdur və burada qələbə qazanmaq bizim üçün son dərəcə vacibdir. Çox uzun və çətin yol keçmişik, müəyyən yorğunluq var, amma buna baxmayaraq, yaxşı nəticə əldə etmək əzmindəyik. Son oyunlarda göstərdiyimiz uğurlu performansın davamını Bakıda da gətirmək istəyirik".
Baş məşqçi heyətdəki zədəli futbolçular barədə də məlumat verərək bəzi oyunçulardan sabahkı qarşılaşmada yararlana bilməyəcəklərini etiraf edib:
"Sabah bəzi futbolçularımızdan zədə səbəbindən yararlana bilməyəcəyik. Üstəlik, kifayət qədər sıx oyun qrafikimiz var və bütün bu amilləri nəzərə almışıq. Buna baxmayaraq komandada əhval-ruhiyyə yüksəkdir və hər məsələyə kollektiv şəkildə yanaşırıq.
“Qarabağ”ın hansısa bir oyunçusunun xüsusi çətinlik yaradacağını demək istəməzdim, amma heyətdə texniki baxımdan güclü futbolçular var. Rəqibin baş məşqçisi Qurban Qurbanovun uzun illərdir komandanı çalışdırması böyük hörmət doğurur. O, kifayət qədər çətin turnirdə uğurlu nəticələr qazanır və rəhbərliyi altında komanda keyfiyyətli futbol sərgiləyir.
Xüsusilə cinahlarda çox sürətli və bacarıqlı oyunçulara malikdirlər ki, bu da onların oyununa əlavə dinamika qatır".
Xatırladaq ki, matç fevralın 18-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı
Diqqət! Azərbaycan derbisi gəlir...
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Arda Turandan Türkiyə millisi iddialarına cavab!
Mourinyo ilə jurnalist arasında maraqlı dialoq
"Sevincliyəm, qürurluyam, fəxr edirəm!" - Video
Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu
PSJ "Mançester Siti"yə, "Fənərbaxça" "Aston Villa"ya qarşı
Güləşçimiz U-23 dünya çempionatında gümüş medal qazandı
Azərbaycan UEFA reytinqində irəlilədi
"Qalatasaray" - "Barselona" matçında vurulan qollar - Video
İlk ev oyunu, ilk qələbə - Video
"Sabah" ÇL-də neçəncidir?
"Qalatasaray" "Barselona"ya uduzdu, "Atletiko"dan qələbə
“Söz verirəm ki, daha yaxşı oynayacağıq” - Dambrauskas
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər