"Kəpəz" Misli Premyer Liqasının 20-ci turu çərçivəsində "Neftçi"yə 1:3 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:
"Azarkeşlərimizə təşəkkür edirəm. Məğlub olanda da komandanın yanında olurlar. Növbəti matçlarda daha yaxşı oynayıb, onların etimadını doğrultmağa çalışacağıq. Oyuna gəldikdə isə, birinci hissədə planlaşdırdıqlarımızı reallaşdıra bilmədik. Bəlkə də çempionatda ən ucuz qolları biz buraxırıq. Bu, adamı məyus edir. Daha ciddi və məsuliyyətli olmalıyıq".
Mütəxəssis qapıçı Yusif İmanovun səhvlərini etiraf edərək təhlillər aparılacağını və ölçü götürüləcəyini vurğulayıb:
"Hər oyundan əvvəl məşqçilər korpusu ilə heyət məsələsini müzakirə edirik, xüsusilə də qapıçı məşqçisi ilə fikir mübadiləsi aparırıq. Bu gün Yusif İmanovun müəyyən səhvləri oldu və o, daha məsuliyyətli davranmalıdır. “Turan Tovuz”la qarşılaşmada da oxşar epizod yaşanmışdı. Bütün məqamları detallı şəkildə təhlil edirik və müvafiq nəticələr çıxarılacaq".
A.Bağırov Ryonosuke Ohorinin gözündəki problem səbəbindən oynamadığını bildirib.
Baş məşqçi transfer məsələsinə də aydınlıq gətirib:
"Ceferson Bentonun gedişi bizim üçün ciddi itki oldu. Rüsum məsələsi hamıya məlumdur. Legioneri cəmi 3 aylıq gətirib klubu risk altına sala bilmərik. “Kəpəz” Premyer Liqada qalmaq üçün mübarizə aparır və buna inanırıq. Transferləri də real imkanlarımızı nəzərə alaraq etmişik.
Kim “Kəpəz”dən hər oyunda xal tələb edirsə, gərək reallığı da nəzərə alsın. Bu gün şərtlər ağırdır. “Neftçi” ilə “Kəpəz”in, yaxud “Sabah”la imkanları eynidirmi? Legionerə 250 min verib sadəcə liqada qalacaqsansa, bu vəsaiti düşünülmədən xərcləmək düzgün deyil. Bu, böyük riskdir. Futbolçu gəlib zədələnə bilər.
Əgər Ceferson komandada qalsaydı, bir vinger transferini planlaşdırırdıq. Onun gedişi isə başa düşməkdə çətinlik çəkdiyimiz situasiya oldu. Belə hal ilə indiyədək rastlaşmamışdım. Vitor Fejao ailəvi səbəb göstərdi, həyat yoldaşının hamilə olduğunu və övladının burada dünyaya gələ bilməyəcəyini dedi. Ona icazə verdik. Ceferson da rəsmi şəkildə müraciət etsəydi, məsələni eyni qaydada dəyərləndirərdik.
Təəssüf ki, o, icazəsiz ayrıldı və klubu çətin vəziyyətdə qoydu. Klubun ona hər hansı borcu yoxdur, bütün bonusları tam şəkildə ödənilib".
“Beşiktaş”a keçə bilər
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər