İtaliya millisinin sabiq üzvü Çiro İmmobilenin yeni klubu bəlli olub.
QOL.az xəbər verir ki, "Paris" 35 yaşlı hücumçunun transferini açıqlayıb.
Fransanın Liqa 1 təmsilçisinin yaydığı məlumatda futbolçu ilə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalandığı bildirilib. İmmobile yeni komandasında 36 nömrəli formanı geyinəcək.
İtaliyalı hücumçunun son klubu "Bolonya" olub və orada cəmi 9 oyun keçirib.
Təcrübəli hücumçu daha əvvəl "Yuventus", "Beşiktaş", "Cenoa", "Torino", "Borussiya", "Sevilya", "Siena", "Sorrento", "Qrosseto", "Bolonya" və "Latsio"da oynayıb. İmmobile həmçinin İtaliya millisində 57 oyun keçirib (17 qol və 8 məhsuldar ötürmə) və 2021-ci ildə Avropa çempionu olub.
"Beşiktaş" onu göndərdi
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi